"Şəhidlər unudulmur"

   Şəhidlik zirvəsi bütün yüksəkliklərdən ucada dayanan bir zirvədir. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur, Vətən və

xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksəlir bu uca zirvəyə.

  Şəhid Kamil Əyyubovun adını daşıyan 12 nömrəli tam orta məktəbdə şəhidin doğum günü (13.10.1964) ehtiramla yad edildi. Şəhidin doğum günü münasibətilə keçirilmiş anım tədbirində məktəbin direktoru Rahim Novruzov, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) Qızılgül Bağıyeva, UBR Ətlas Rəhimova,  6"a" sinif rəhbəri Elmira Əsgərova və şagirdlər iştirak etdilər. 6"a" sinif şagirdləri vətənpərvərlik ruhunda yazılmılş şeirlər ifa etdilər və vətən, xalq yolunda şəhid olmuş Kamil Əyyubovun həyatı haqqında məlumat verdilər. Sonda şagirdlər tərəfindən şəhidin abidəsi önünə tər qərənfillər qoyuldu. 

   Allah rəhmət etsin! 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi