12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi

   11-13 oktyabr Bakı Ekspo Mərkəzində keçirilən 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisində ("Education-2018") məktəbimizi tarix müəllimi Şövqiyyə Əliyeva və 10a sinif şagirdləri təmsil etdilər. Məktəbin direktoru Rahim Novruzov və müavinlər də 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak ediblər.

    Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan sərgidə son illərdə həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları, eləcə də yaxın gələcək üçün plan və proqramlar barədə sərgi iştirakçılarına məlumat verilib. Sərgidə Azərbaycan və xarici ölkələrin məktəb, universitet, kollec, təhsil mərkəzləri və kursları təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi