Beynəlxalq Müəllimlər Günü

   Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz. 
   Bizə yüksək bilik, savad bəxş edən, cəmiyyətin inkişafında duran müəllimlərimiz yalnız bir gün deyil, ilin bütün günlərində diqqətə layiqdirlər.
  12 nömrəli məktəbdə 5 oktyabr - Beynəlxalq müəllimlər gününə həsr edilmiş bədii tədbir keçirildi. Tədbirdə rəhbərlik və müəllim kollektivi iştirak etdi. Tədbir məktəbin direktoru Rahim müəllimin kollektivi bu şərəfli gün münasibətilə təbrik etməsi ilə başladı. Şagirdlər hazırladıqları bir- birindən maraqlı şeir və musiqi nömrələri ilə müəllimləri təbrik etdilər.

   5 oktyabr - Beynəlxalq Müəllimlər günü münasibətilə başda 12 nömrəli məktəbin direktoru Novruzov Rahim müəllim olmaqla bütün müəllim kollektivini ürəkdən təbrik edirik. Əziz və dəyərli müəllimlərimiz gənc nəslin təlim və tərbiyəsi işində göstərdiyiniz xidmətlərə görə hər birinizə təşəkkür edirik. Bu çətin və şərəfli yolda sizlərə uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi