Beynəlxalq Sülh günü
Sülh - əmin-amanlıqdır, asayişdir! Sülh - bolluqdur, bərəkətdir, firavanlıqdır! Sülh - sevincdir, səadətdir, şadlıqdır, xoş əhvali-ruhiyyədir!
21 avqust – 21 sentyabr tarixində Beynəlxalq Sülh günü ilə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə ölkəmizdə elan olunmuş “Sülh aylığı" çərçivəsində məktəbdə bir çox işlər görülmüşdür.
17 sentyabr tarixində IX-X siniflər arasında “Gəlin sülhü qoruyaq” mövzusunda inşa yazı, 20 sentyabrda II-III-IV-V-VI siniflər arsında asfalt üzərində “Dünyaya sülh” mövzusunda rəsm, 21 sentyabr tarixində V-VI-VII siniflər arasında sülh mövzusunda yazılmış şeirlərdən ibarət şeir müsabiqəsi keçirildi. Müsabiqələrin keçirilməsində məktəbin müdiriyyəti, müəllimlər və Azərbaycan dili və ədəbiyyat, rəsm fənni üzrə metodbirləşmə sədrləri iştirak etdilər.
"Sülh aylığı" ilə əlaqədar məktəbdə bütün siniflərdə "Beynəlxalq Sülh günü" mövzusunda maarifləndirici dərslər keçirilmişdir. 1a sinif şagirdlərinin növbəti dərsi "Göyərçin sülh rəmzidir" mövzusunda keçirilmışdir. Uşaqların sülh haqqında fikirləri dinlənilmiş və müəllim şagirdlərə göyərçinin sülh rəmzi kimi qəbul edilməsinin heç də təsadüfi olmamasını söyləmişdir.