“Vətənim Azərbaycan”

  Yeni tədris ilində ilk dərs ibtidai siniflərdə “Vətənim Azərbaycan” mövzusuna həsr olunub. Dərs zamanı Məmmədova Nuridə müəllim 2E sinif şagirdlərinə vətənpərvərlik, milli-mənəvi dəyərlər, müstəqilliyimizin simvolu olan Azərbaycan Respublikasının üç rəngli bayrağı, gerbi və himni barədə ətraflı məlumat verib.
"Vətənim Azərbaycan" mövzusunda "Biz sülh göyərçinləriyik" başlığı altında maraqlı bir dərs keçirilib. Uşaqlar kagızlardan simvolik olaraq sülhü ifadə edən quşlar kəsib həmin quşları Azərbaycan xəritəsinin konturu cızılmış lövhənin içərisinə yapışdırdılar. 
 Şagirdlər bununla böyük bir fikri ifadə etmiş oldular: Biz Azerbaycanımızı sevirik. Onu vətənimizin hüdudlarından kənarda da tanıdacağımıza soz veririk. Biz bu gün Vətənə borcumuzu oxumaqla, sabah isə müstəqil Azərbaycan ordusunda vuruşmaqla verəcəyik. Vətəni qorumaq, onu inkişaf etdirmək və çiçəkləndirmək bizim hamımızın şərəf işi, vətəndaşlıq borcudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi