Parta arxasında necə əyləşək?
Parta arxasında necə əyləşək?
5-6 yaşlarında onurğa sütununun bütün fizioloji əyrilikləri artıq əmələ gəlir və insanın qaməti formalaşmış olur.
Məktəb yaşlı uşaqlarda düzgün oturma bacarığı olmadığından, onların onurğa sütunu bir çox hallarda deformasiyalara məruz qalır. Bütün bunlar qeyri-düzgün oturaq vəziyyətləri hesab edilərək onurğa sütununun əyriliyinə gətirib çıxara bilər.Məktəbdə parta, evdə stol arxasında doğru şəkildə oturmamaq, hərəkətsizlik, xüsusi dartınma idmanlarını etməmək buna səbəb ola bilir. Valideynlərin nəzarəti xüsusi rol oynayır. Bəzən uşaqların yalnış hərəkətləri dayaq sisteminə mənfi təsir göstərir. Gələcəkdə bel əyriliyi, onurğa sütunu xəstəliklərinin meydana gəlməsinə səbəb olur.
Məktəbe ilk addımlarıni atan balaca fidanlarımıza ilk dərs günü 1a sinif rəhbəri Hüseynova Mehriban müəllim parta arxasında əyləşmək qaydalarını öyrətdi.