Məktəbin məzunu Nağılı Elvin məktəbi qızıl medalla bitirdi

    Məktəbin 2017 - 2018 -ci il məzunu Nağılı Elvin Səxavət oğlu 2007 - ci ildə I sinfə daxil olmuşdur. Təhsil aldığı müddətdə olimpiada və yarışlarda məktəbi layiqincə təmsil etmişdir. Məktəbi qızıl medalla bitirmiş, bu il keçirilən qəbul imtahanlarında 675 bal toplayaraq Azərbaycan Diplomatik Akademiyasının "Beynəlxalq münasibətlər" ixtisasına daxil olmuşdur.

    Azərbaycan Respublikası Təhsil Nazirliyi və Zirvə kurslarının təşkilatçılığı ilə 21.02.2016 - cı il tarixində keçirilmiş "Mövzu Sınaq - 5" imtahanında göstərdiyi yüksək nəticəyə görə təltifnamə, 18 - 22 iyul 2016 - cı il tarixlərində "Öyrən, İdarə et, Lider ol" mövzusunda keçirilən təlimdə fəal iştirakına görə sertifikat, "Qarabağ" Futbol Klubunun təşəbbüsü ilə Bakı şəhər məktəblərində siniflər arası keçirilən futbol turnirində III yer tutduğuna görə diplom, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 - cü ildönümü münasibətilə və Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına dəstək məqsədilə Nizami rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkiatçılığı ilə keçirilən "Breyn - rinq" intellektual yarışmasında III yer tutduğuna görə diplom, 2018 - ci ildə keçirilən Fənn Olimpiadasında Coğrafiya fənni üzrə yarımfinala qədər irəliləmiş, Respublika turunda III yerə layiq görülmüş və Diplomla təltif edilmişdir.

    Elvin təhsildə qazandığı uğurlarla yanaşı şagirdi olduğu Laçın şəhər 1 nömrəli uşaq musiqi məktəbində də bir sıra nailiyyətlər əldə etmişdir. Musiqi istedadına, nümunəvi davranışına və təhsildə qazandiğı uğurlarına görə Fəxri fərman və tərifnamələrlə təltif edilmişdir. 
   Elvini qazandığı uğurlara görə məktəb kollektivi adından təbrik edirik. Uğurların davamlı olsun.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi