"Son Zəng" tədbiri keçirildi
"Son Zəng" tədbiri məzunların Üzeyir Hacıbəyovun “Koroğlu” uverturasının sədaları altında həyətə daxil olması ilə başladı. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra açıq elan edildi. Təbrik üçün söz məktəbin direktoru Novruzov Rahim müəllimə verildi, o məzunları, tədbir iştirakçılarını və müəllimləri bu gün münasibətilə təbrik etdi.
Tədbirdə Nizami rayon İcra Hakimiyyətinin ərazi nümayəndəsinin rəhbəri Sadıqov Həsən və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan Resursları Sektorunun müdiri Məmmədov Raman müəllim iştirak etdilər.
Daha sonra 11-lərin sinif rəhbərləri Məmmədova Zemfira , Əliyeva Məxsudə, Sultanova Tamilla və Əliyeva Lyudmila müəllimə söz verildi.
Tədbirin gedişində məzunlar və 1-cilər bir- birindən gözəl musiqi nümunələri təqdim etdilər. Tədbirin sonunda məzunlar musiqi sədaları altında rəqs etdilər.