"Torpaqdan pay olmaz"

 Məktəbimizin ibtidai sinif müəllimi Hüseynova Mehribanın təşkilatçılığı ilə 4"ç" sinif şagirdlərinin vətəpərvərlik mövzusunda "Torpaqdan pay olmaz" adlı tədbiri keçirildi. Tədbirdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Natəvan Mustafayeva, uşaq birliyi rəhbəri Ətlas Rəhimova, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) Qızılgül Bağıyeva, müəllimlər və şagirdlər iştirak etdilər. 
Bayram tədbiri Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra açıq elan edildi. Şagirdlər vətənpərvərlik mövzusunda bir-birindən maraqlı musiqilər və səhnəciklər ifa etdilər. Vətənpərvərlik mövzusunda qurulmuş səhnəcikdə Bahar "Turacı" rəqsini ifa etdi. Tədbirin gedişində Yusif və Zəhranın milli rəqslə çıxış etməsi tədbiri daha da maraqlı etdi. İbrahimin "Müəllim" şeiri qonaqlar tərəfindən çox təqdirə layiq qarşılandı.
Tədbirin sonunda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Natəvan xanım tədbirdə əziyyəti keçən hər kəsə öz təşəkkürünü bildirdi. Daha sonra sinif rəhbəri Hüseynova Mehriban, ingilis dili müəlliməsi Cərullayeva Qətibə , rus dili müəlliməsi Seyidova Sevda və valideynlər çıxış etdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi