Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş bayram tədbiri
24 may 2018-ci il tarixdə tarix müəllimi Şövqiyyə Əliyevanın təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş bayram tədbiri keçirildi. Tədbirdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Natəvan Mustafayeva, uşaq birliyi rəhbəri Ətlas Rəhimova, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) Qızılgül Bağıyeva, müəllimlər və şagirdlər iştirak etdilər. Tədbirdə akademik, neftçi alim, jurnalist Qəzənfər Məmmədov fəxri qonaq kimi çıxış etdi.
Bayram tədbiri Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra açıq elan edildi və Azərbaycan Respublikasının 3 rəngli bayrağı şagirdlərin müşayəti ilə 4"d" sinif şagirdi İbrahimin "Bayraq" şeirinin sədaları altında zala gətirildi. Daha sonra Şövqiyyə Əliyeva 1918-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında tədbir iştirakçılarına və qonaqlara geniş məlumat verdi. Tədbirin gedişində Nərmin və Fərhadın ifasında Qarabağ şikəstəsi muğamı səsləndi. Sonda isə şagirdlər Azərbaycan mahnısının sədaları altında rəqs etdilər.