1 Mart Mülki Müdafiə Günü

Ümumdünya Beynəlxalq Mülkü müdafiə Təşkilatını Baş Məclisinin Qərarı ilə 1972-ci ildən etibarən 01 mart Ümumdünya MM günü kimi qeyd edilir. Azərbaycan Respublikası 1993-cü ildə Təşkilatın üzvlüyünə qəbul edilmiş və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir. "Mülki Müdafiə günü"nün keçirilməsilə əlaqədar 27 fevral 2015-ci il tarixində məktəb üzrə aşağıdakı tədbirlər həyata keçirilmişdir: Ümumdünya Mülki Müdafiə günününə MM sərgisi təşkil edilmiş, şəxsi heyətin toplantısı keçirilmiş, MM müdafiə qərargahının rəisi çıxış etmiş, normativlər götürülmüşdür. Tədris nöqtələri hazırlanmış, köçürülmə təşkil olunmuş (evakuasiya), viktorinalar keçirilmişdir. Şagirdlər öz bilik və bacarıqlarını nümayış etdirmişdir. Yaralılara ilk tibbi yardım edilmiş və tədris nöqtələrində şərti hava zəhərlənməsi zamanı əlehiqazlar vasitəsi ilə evakuasiya yolları göstərilmişdir. Yandırılmış ərazinın ətrafa yayılmaması üçün yanğınsöndürənlər qısa bir müddət ərzində öz işlərinin öhdəsindən bacarıqla gəlmişlər. Yekunda fərqlənən şagirdlərə mükafat verilmişdir.