Tütün məmulatlarının insan orqanizminə zərəri

19 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi “Məktəblinin dostu” layihəsi çərçivəsində məktəbimizdə şagirdlər üçün maarifləndirici tədbir təşkil olundu.

Tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-metodisti Lətafət Dadaşova “Tütün məmulatlarının insan orqanizminə zərəri” mövzusunda çıxış edərək, tütünçəkmənin acı nəticələri ilə bağlı rəsmi statistik göstəriciləri iştirakçıların diqqətinə çatdırdı. L.Dadaşova bildirdi ki, tütün çəkənlərlə yanaşı, bu zərərli vərdişin aludəsi olmayan yeniyetmələrin ictimai məkanlarda, evlərdə tütün tüstüsünün ziyanlı təsirinə məruz qalması onların səhhəti üçün ciddi təhlükə yaradır. 

Sonda şagird və müəllim heyətini maraqlandıran suallar cavablandırıldı və onlara tütün məmulatlarından istifadənin acı nəticələri barədə İSİM tərəfindən hazırlanan maarifləndirici materiallar paylanıldı

Ətraflı: https://www.isim.az/…/1091-Shagirdler-uchun-Tutun-memulatla…,  

 https://www.facebook.com/pg/Kamil-%C6%8Fyyubov-ad%C4%B1na-12-N%C3%B6mr%C9%99li-Tam-Orta-M%C9%99kt%C9%99b-175613789706692/posts/.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi