Novruz -2018
Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir, yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır. Bu gözəl bayramla əlaqədar Seyidova Sevda Behbud qızının rəhbərliyi altında məktəbimizdə siniflər arasında "Ən yaxşı Novruz xonçası" müsabiqəsi keçirildi. Müsabiqədə II - VIII siniflər iştirak etdi. Müsabiqədən sonra müəllim və valideynlər məktəbin akt zalına keçərək 7"ç" sinfinin hazırladığı "Novruz gəlir Yaz gəlir" adlı şənlik proqramına tamaşa etdilər. Şagirdlərin rəngli kostyumları, səhnənin zəngin tərtibatı bayramın gəlişini dahada təmtərahlı etdi. Məktəbin həyətində asfalt üzərində uşaqlar rəngli şəkilər çəkdilər. Sonda məktəbin qarşısında bayram tonqalı yandıraraq ətrafında yallı getdilər və bununla da bayram şənliyi sona çatdı.
https://youtu.be/t3tJK-HjRic, https://youtu.be/juF5LzaecbY, https://youtu.be/OZVKxYK26bE