Muzeylərə ekskursiya
8"ç" sinif şagirdlərinin Azərbaycan professional vokal ifanın inkişafında əvəzsiz rolu olan Bülbülün ev muzeyinin ziyarəti təşkil edilmişdir. Şagirdlər Azərbaycan professional vokal ifaçısı Bülbülün ev muzeyində böyük sənətkarın yaşadığı mənzillə tanış olmuş, onun şəxsən istifadə etdiyi əşyaları yaxından görmüşlər. Şagirdlər Bülbülün yaşayıb yaratdığı bu evin abu –havasını duyaraq onun ifa etdiyi Azərbaycan xalq mahnılarını, bəstəkar mahnılarını dinləmiş və bundan xüsusi zövq almışlar. Bülbülün musiqi aləminə və ifaçılıq sənətinə aludə olan şagirdlər oradan xoş təəssüratla ayrıldılar. Sonra şagirdlər “Xalça” muzeyinə üz tutdular. Onlar qədim xalçaçılıq sənəti ilə tanış oldular. Xalça üzərində əks olunan rəngarəng buta naxışlar, milli ornamentlər insan övladını riqqətə gətirən çalarla yaxından tanış oldular. Qədim milli adət və ənənələrimizi dövrümüzə qədər yaşadan nənələrimizin toxuduğu xalçalarla yaxından tanış olaraq, Azərbaycanın hər bölgəsinin milli naxışları haqqında çoxlu məlumat topladılar. Şagirdlər sonda hər iki muzeyin bələdçilərinə dərin minnətdarlıq edərək təşəkkürlərini bildirdilər.