Dahi azərbaycanlı
5fevral 2018-ci ildə dünya şöhrətli alim Lütfi Zadənin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar olaraq məktəbdə tədbir keçirildi. Tədbiri riyaziyyat müəllimi Səmədova Mətanət 8ç sinif şagirdləri ilə birlikdə hazırlanmışdı. Lütfi Zadənin həyat və fəaliyyətindən bəhs edən “Dahi azərbaycanlı” filmi izlənildi. Sonra 8ç sinif şagirdləri dünya şöhrətli alimin həyat və elmi fəaliyyəti yaradıcılığı haqda danışdılar. Lütvi Zadənin banisi olduğu Qeyri –səlis məntiq nəzəriyyəsi “Təəsuratlar nəzəryyəsi” “Fəza vəziyyətləri nəzəriyyəsi”,Sözlə hesablama nəzəriyyəsi “Sofz Computing nəzəriyyəsi”, ”Optimal süzgəclər nəzəriyyəsi”kimi kəşflərin dünya elminin inkişafında böyük rol oynadığı və eyni zamanda bu gün bu bu nəzəriyyələrin həyatımızın bir çox sahələrində geniş tətbiq olunduğu qeyd olundu .
Şagirdlər Lütfi Zadənin elmi –kəşflərinə görə ən yüksək mükafatlara layiq görülmüşdü.Sadalayərkən bu mükafatlar içərisində 2011-ci ildə prezident İ.Əliyevin Zadəni “Dostluq Ordeni”ilə təltif etməsi də qeyd olundu. Sonra Zadəni 2008-ci ildə Bakıda elmi konfransda çıxış edərkən Azərbaycan onun parlaq gələcəyi haqda söylədiyi fikirlər olan filmi izlənildi .Tədbirdə iştirak edən məktəbin direktoru R.Novruzov tədris işləri üzrə müavin N.Mustafayeva ,Q.Bağıyeva çıxış edərək L.Zadə haqda maraqlı məlumatlar verdilər. Tədbirin sonunda Lütvi Zadənin adına məntiq yarışmasında qalib şagirdlər direktor tərəfindən “Fəxri –Fərmanla” mükafatlandırıldılar.