20 Yanvar faciyəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir

20 Yanvar faciyəsinin 28-ci ildönümünün qeyd edilməsi ilə əlaqədar tədbirlər planına əsasən IX-X-XI siniflər arasında “20 Yanvar faciyəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir” mövzusunda inşa yazı,V-VI-VII siniflər arasında asfalt üzərində “Şəhidlər unudulmur” mövzusunda müsabiqələr keçirilirdi. Siniflər tərəfindən Azərbaycanın azadlığı ərazi bütövlüyü uğurunda canlarınnan keçərək şəhidlik zirvəsinə ucalmış şəhidlərimizin qəhrəmanlığını və 20 Yanvar faciyəsinin acı həqiqətlərini əks etdirən divar qəzetləri hazırlandı.19yanvar 2018-ci iltarixində ilk dərs”20Yanvar faciyəsi”nə həsr edildi.Sinif təşkilat saatlarında şagirdlərdə vətənpərvərlik hissini yüksəltmək məqsədilə müstəqillik uğurunda mübarizədə canlarından keçən oğul və qızlarımız haqqında söhbətlər aparıldı.

19 yanvar 2018-ci il tarixində Qarayeva Esmiralda 4c sinif şagirdlərinin iştirakı ilə yüksək səviyyədə 20 Yanvar faciyəsinin 28-ci ildönümünə həsr olunmuş ədəbi-bədii gecə keçirildi. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi iıə başlandı. Şagirdlər də himni canlı olaraq ifa etdilər. Şagirdiər faciənin qurbanlarına həsr edilmiş şeirlər söylədilər, səhnəciklər göstərdilər. Səhnə xüsusi zövqlə bəzədilmiş, divarlardan 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən geniş həcmli plakatlar asılmışdı. Səhnə yanar şamlarla bəzədilmişdi. Tədbirdə məktəbin direktoru Rahim Novruzov, tərbiyə işləri üzrə direktor müavini Qızılgül Bağıyeva, UBR-I Ətlas Rəhimova,müəllimlər və şagirdlər iştirak etdilər. Sonda məktəbin direktoru 20 Yanvar faciəsi haqqında şagirdlərə məlumat verərək tədbiri hazırlayan sinfə və s/rəhbərinə öz təşəkkürünü bildirdi. 20 Yanvar 2018-ci il tarixində məktəbin direktoru və müəllimlərdən ibarət kollektiv tərəfinden “Səhidlər Xiyabanı” na ziyarət təşkil edildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi