Azərbaycan xalqının dahi oğlu
12 dekabr 2003- cü il xalqımız üçün kədərli günlerden biridir. Çünki həmin gün ən görkəmli simalardan biri, müstəqil Azərbaycan dövletini inkişafında əvəzsiz xidmeti olan Heydər Əlirza oglu Əliyev vəfat etdi. Heydər Əliyev həyatı boyu Azerbaycanın yüksəlişi, xalqının işıql sabahı, xoşbext gələcəyi üçün çalışıb. Artıq 12 ildir ki, bu böyük insan aramızda yoxdur. Azərbaycan dövləti həqiqətən də Böyük Heydər Əliyevin şah əsəridir. Bu gün biz müstəqil Azərbaycan dövlətinin qurucular kimi xalqın unudulmaz oğlu, dünya səviyyəli siyasətçi Heydər Əlirza oğlu Əliyevin irsini daima öyrenir, onun arzularını həyata keçirməyə çalışırıq. 12 dakabr 2015-ci il tarixində Nizami rayonu Kamil Əyyubov adına 12 №-li tam orta məktəbdə Böyük Heydər Əliyevin anımı günü qeyd edildi. İlk dərs Heydər Əliyevə həsr edildi. Məktəbin müəllimi və şagird kollektivi Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edildi. 8d sinif şagirdi Əhmədova Zeynəb selektor vasitesi ile bütün siniflərə xalqın unudulmaz oğlu, ümummilli lider Heydər Əlirza Əliyevin həyatı və siyasi fəaliyyətı hakkında məlumat verdi. Siniflər tərəfindən Heydər Əliyevin keçdiyi parlaq həyat yolunu əks etdirən divar qəzetləri hazırlandı. Məktəbin konfrans zalında tədbir keçirildi. Tədbiri 8dsinif şagirdləri sinif rəhbəri Tamilla Abdulova riyyaziyyat müəllimi hazırladı. Tədbir əvvəlcədən hazırlanmış ssenari əsasında keçdi. Şagirdlər Böyük Heydər Əliyevə həsr olunmuş şeirləri böyük həvəslə söylədilər. 8d sinif şagirdi dərs əlaçısı Zeynəb Əhmədova şair Zəlimxan Yaqubun “Yörən torpaq bilirmi qoynunda Heydər yatır?” poemasını soylədi. Bu zaman onu 9esinif şagirdi Nağılı Elvin tarda həzin-həzin çalınan muğamla müşayiət edirdi. Tədbirin sonunda söz məktəbin direktoru Alıyev Əli müəllimə verildi. Əli müəllim öz çıxışında unudulmaz Heydər Əliyevin həyatından söhbət açdı . Onun gənclərə, uşaqlara göstərdiyi atalıq qayğısından , tövsiyyələrindən danışdı. Heydər Əliyevin parlaq irsinin daha dərindən öyrənilməsini şagirdlərə tövsiyyə etdi.