Anım günü
Bu gün Azərbaycan xalqının unudulmaz oğlu, Böyük Heydər Əlirza oğlu Əliyevin “Anım günü”dür. Böyük Heydər Əliyev aramızda yoxdur. İllər, əsirlər ötəcək, lakin Böyük Heydər Əliyev Azərbaycan xalqın qəlbində həmişə yaşayacaq!!! XX əsrin Azərbaycan gərçəkliyinə, bütövlükdə xalqımızın ictimai – siyasi, mənəvi – mədəni həyatına bəxş etdiyi dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin itkisi tarixi çox – çox qədimlərə gedən ulu azərbaycan – türk xalqının böyük kədəri, faciəsi olmaqla bərabər nəhəng dünya siyasətinin əvəzolunmaz itkisi oldu. Çünki Ulu öndər, dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyev müdrik ölkə başçısı kimi atalıq, ailəcanlıq, mətinlik, əzmkarlıq, sadiqlik keyfiyyətləri ilə seçilirdi. Ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükütla yad edildi.
ALLAH RƏHMƏT ELƏSİN!