Heydər Əliyev və Azərbaycan

Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə VIII-IX siniflər arasında “Heydər Əliyev və Azərbaycan” mövzusunda bilik yarışması keçirildi. Dünya səviyyəli siyasətçi, xalqın böyük oğlu, ümummilli lider Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə məktəbin konfrans zalında tədbir keçirildi. 10 "C" sinif şagirdi Canəliyeva Nəsibənin ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında məzmunlu məruzəsi dinlənildi. Çıxış edən şagirdlər ulu öndərə həsr edilmiş şeirlərini söylədilər. Tədbirin sonunda məktəbin direktoru Əli Alıyev çıxış edərək Azərbaycan xalqının şanlı və unudulmaz oğlu Heydər Əliyevin həyat və fəaliyyəti haqqında şagirdlərə məlumat verdi. Siniflər tərəfindən böyük Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünü münasibətilə divar qəzetləri hazırlandı. Məktəbin mikro ərazisində iməcilik keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi