Sülh günü

21 sentyabr Beynəlxalq Sülh günüdür. BMT-nın 1981- ci ildə təsis etdiyi bu tarixi gün dünya atəşkəsliyi kimi elan edilib. Sülhün qorunması, insanlarin əmin-amanlıqda yaşaması, amansız müharibələsin və hər cür zorakılığın dayandırılması arzusu bütün tarixi boyu bəşəriyyəti düşündürmüşdür. Bəşər tarixində ən cox pozulanda bu istəkdir. Hazırda dünyanın bir cox ölkələrində müharibəsi davam edir. Sülh mövzusu torpaqların 20 faizı işğal altında olan, 1 milyon qaçqını olan Azərbaycan üçün də əhəmiyyət kəsb edir. 12 sentyabr 2015-ci il tarixdə Beynəlxalq Sülh günü ilə əlaqədar Nizamı rayonu, K.Əyyubov adına 12 №-li tam orta məktəbdə “Dünyaya sülh” mövzusunda rəsm sərgisi keçirildi. Məktəbdə təşkil olunmuş sərgidə məktəbin direktoru Əli Alıyev uşaqların “Sülh Günü”nə həsr edilmiş disputa qoşulmuşdur. "9 c” sinif şagirdi Vəlili Nigarın - “Aydın səma altında”, "9 e" sinif şagirdi Əliyev Azadın- “Dünyanı müharıbə torundan xilas edək”, "8 d" sinif şagirdi İlyasova Aytənin- “Qoy həmişə sülh olsun”, "7 c" sinif şagirdi Yəhyazadə Nəzrinin -“Gələcəyimizi qoruyaq”, "10 e" sinif şagirdi Xəlilova Ləalənin -“Dünya xalqları sülhə gəlin”, "6 c" sinif şagirdi Ağayev Sakitin- “Gəlin sülh qoruyaq”, "4 ç" sinif şagirdi Məmmədov Rəvanın - “Xoşbəxt uşaqlar”, "3 ç" sinif şagirdi Feyziyev Rəhmanın - “Dünyaya sülh”, "4 b" sinif şagirdi Abbasov Yusifin- “Sülhə səs verin”, "4 d" sinif şagirdi Əhmədov Hüseynin - “Sülhə gəlin ey insanlar” adlı çəkdikləri rəsmlərdə sülhün qorunmasını , səmamızın həmişə aydın və təmiz olmasını, dünyanın bütün xalqlarının əmin-amanlıq şəraitində yaşama istədikləri əks olunmuşdur.