İlk zəng

Sentyabrın 15-də Azərbaycanın çoxmilyonlu təhsil ictimaiyyətinin bayramı, “Bilik günüdür”. Ölkəmizdə yeni dərs ili başlayır. 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə ölkəmizin bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmişdir. Elə bu gün münasibətilə sentyabrın 15-də 2015-ci il tarixində K.Əyyubov adına 12 №-li tam orta məktəbdə “İlk Zəng” mərasimi keçirildi. Məktəbin həyəti bayramsayağı bəzədilmiş. Böyük Heydər Əliyevin təhsil haqqında söylədikləri müdrik kəlamlar və “Bilik Günüz Mübarək” sözləri yazılmış böyük lövhə məktəbin divarlarından asılmışdır. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında Dövlət Bayrağının gətirilməsi ilə başlandı və məktəbin fənn olimpiada iştirakçısı XI sinif şagirdi Rəhimova Aygün Heydər qızı onu məktəbin həyətində yerləşdirilən bayraq üçün qurulmuş qurğuya birləşdirib yüksəyə ucaldıb. Tədbirdə məktəbin direktoru Əli Alıyev, məktəbin ibtidai siniflər üzrə dərs hissə müdir müavini Dilbər Məmmədova, məktəbin müəllim kollektivi, qonaq qismində Erməni təcavüzünün tanıdılması birliyinin sədri Sürəyya Müslüm qızı iştirak ediblər. Məktəbin direktoru çıxış edərək ilk dəfə məktəbə qədəm qoyan balaca birinciləri bu bayram münasibətilə təbrik etdi. Öz çıxışında Əli Alıyev qeyd etdi ki, bu il bizim məktəbə 130-dan cox şagird birinci sinfə qəbul edilib və ilk dəfə bizim məktəbdə “Sağlam Təhsil” sinfinin olduğunu da qeyd etdi. Məktəbin nailiyyətləri siyahısında 2014/2015-ci tədris ilin məzunlarının yüksək bal toplayaraq Respublikamızın və xarici ölkələrinin Ali təhsil müəssisələrinə qəbul olunması qonaqların nəzərinə çatdırılmışdır. Bu il 11”b” sinif şagirdi, Respublikanın fənn olimpiadasının “Bürünc Medal” qazanmış, məzun Əlizadə Samirə Elçin qızı məktəbi “Qızıl Medal”a bitirərək 600 baldan çox toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi olub. Ümumilikdə 5 məzun 600-dən çox bal toplayıb. Həmçinin bu il Respublikamızda 12-27 iyun tarixlərində keçirilən I Avropa oyunlarında iştirak edən idmançılarımızın qələbə sevincini də məktəbin rəhbərliyi toplaşan qonaq, müəllim, valideyn və şagird kollektivi ilə bölüşdü. Daha sonra böyük sinif şagirdləri birincilər üçün hazırladığı bayram çıxışları ilə sevindirdi. Birincilərdən olan Şükürlü Nihan və Mütəllimli Raul ilk zəngi çaldılar.