MƏKTƏB İLLƏRİ-2015

Bu gün tədris həftəsi 6 günlük olan ümumtəhsil məktəblərində 11-ci sinfi bitirən şagirdlər üçün “SON ZƏNG” çalınıb. 2014-2015-ci tədris ilində 12 №-li tam orta məktəbin XI sinfini 90 şagird bitirib. Tədbirdə məktəbin direktoru Ə.M.Alıyev, müdir müavinləri, məktəb kollektivi və valideynlər iştirak ediblər. “Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra çıxış üçün söz məktəbin direktoru Ə.M.Alıyeva verilib. “Son zəng” münasibətilə məzunları təbrik edən direktor onlara gələcək təhsillərində və həyatda uğurlar arzulayıb. Direktor onuda bildirdi ki, bu il ayri – ayrı nominasiyalar üzrə keçirilən məktəb rayon və respublika müsabiqələrində və fənn olimpiadalarında fəal iştirek edərək müəyyən yerlərdən birini tutmuş fəxri fərman və diplomlarla təltif edilmiş 11b sinif şagirdləri Xanəliyeva Nərminə Azad qızı -məktəb rayon, şəhər üzrə keçirilən inşa yazı müsabiqəsində I yer tutduğuna görə fəxri fərmanla, Əlizadə Samirə Elçin qızı - məktəb rayon, şəhər üzrə keçirilən fənn olimpiadasında coğrafiya fənnindən I yer, Respublika turunda III yerə layiq görüldüyünə görə bürünc medalla təltif edilmişdir. Eyni zamanda öz təbrik sözlərini məktəbin bu il ki buraxılış siniflərinin sinif rəhbərləri – 11”a” Rəhilə Əliyeva, 11”b” Nailə Zeynalova, 11”ç” Nuranə Fətəliyeva, 11”e” Sevda Seyidovada çatdırdılar.Daha sonra məktəbin məzunları onları həyatın yeni mərhələsinə hazırlayan müəllimlərə təşəkkürlərini bildiriblər. Doğma məktəbi tərk etməkdən məyus olsalar da, məzunlar hər zaman öz uğurları ilə müəllimlərini sevindirəcəklərinə söz veriblər. “Cəngi” sədaları altında meydana 4 nəfər məzun daxil olub, məktəbin simvolik açarını meydanda dövr vurduqdan sonra açarı 1-ci sinif şagirdlərinə təhvil verirlər. Onlar da öz növbəsində meydanı dolanaraq bilik xəzinəsinin açarini məktəbin direktoruna təhvil veriblər. Daha sonra məktəbin məzunlarının iştirakı ilə mahnılar, rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib və səhnəciklər göstərilib.Əziz onbirincilər! Sizə həyat yollarında böyük uğurlar arzulayırıq. Üzünüzə açılan hər sabahınız sizə xoş müjdələr gətirsin.