“Lütfi Zadə adına Məktəblilərarasında II Məntiq Olimpiadası”nın məktəbdaxili turu
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 03.03.2017-ci il tarixli 85 nömrəli əmrinə əsasən məktəbin V-VI siniflər arasında “Lütfi Zadə adına məktəblilərarasında II Məntiq Olimpiadası”nın məktəbdaxili turu təşkil edilmişdir. Olimpiadada məktəbin 18 şagirdi iştirak edirdi. Məktəbdaxili mərhələdə şagirdlərə 30 test sualı təqdim olunub. İlk turda uğur qazanan məktəblilər olimpiadanın final mərhələsinə vəsiqə qazanacaqlar.