Kitabxanada milli-mənəvi dəyərlərimizə həsr olunan tədbir

Məktəbdə mütəmadi olaraq milli-mənəvi dəyərlərimizə həsr olunan maarifləndirici tədbirlər keçirilir. Bu silsiləyə uyğun olaraq məktəb kitabxanasında da məktəbin rəhbər heyətinin iştirakı ilə tədbirlər təşkil olunur. Siniflər üzrə şagirdlər Vətənimiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, milli mətbəximiz, böyüklərə hörmət və digər milli-mənəvi dəyərlərimizlə kitablar vasitəsilə əyani şəkildə tanış olurlar. Həmçinin onlara qeyd olunan mövzular üzrə geniş məlumatlar təqdim olunur.