“Konstitusiya və Suverenlik İli” çərçivəsində dərslər təşkil olunur

Məktəbdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində silsilə tədbirlər keçirilir. Buna uyğun olaraq siniflərdə dərslər də təşkil olunur. Məktəbin tarix fənni üzrə metodbirləşmə sədri Əliyeva Şövqiyyə müəllimə rəhbəri olduğu 8B sinfində şagirdlərə geniş məlumatlar təqdim edib. Həmçinin videoçarx nümayiş etdirilib.

 

Məktəbin ibtidai sinif müəllimi Həsənova Xatirə müəllimənin rəhbəri olduğu 3D sinfində, məktəbin ibtidai siniflər üzrə metodbirləşmə sədri Hüseynova Mehriban müəllimənin rəhbəri olduğu 3A sinfində  və Qarayeva Esmiralda müəllimənin rəhbəri olduğu 3Ç sinfində də şagirdlər öz çıxışlarını təqdim ediblər. Mövzu ilə əlaqədar videoçarx nümayiş etdirilib.

 

Qeyd edək ki, xalqımız böyük qürur və fəxarət hissi ilə bu il müəllifi ümummilli liderimiz Heydər Əliyev olan Milli Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi qələbəmizin 5-ci ildönümünü təntənə ilə qeyd edəcək. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında sərəncam imzalayıb.

 

https://www.facebook.com/100089318029331/videos/696345522808290?locale=az_AZ 

https://www.facebook.com/100089318029331/videos/1740135770272689?locale=az_AZ 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi