Məktəb direktorunun qəbul günləri

Məktəb rəhbərliyi tərəfindən həftənin cümə günü elektron sistemlər haqqında (UTİS, şagird qəbulu, şagird yerdəyişməsi, Şagird-məzun sistemi, rəqəmsal platforma, elektron jurnal və s.) maarifləndirmə işinin təşkili məqsədilə qəbul günü təyin edilir.
Qəbul günləri;
I GÜN - 11:00- 13:00
III GÜN - 11:00 - 13:00
V GÜN - 11:00 - 13:00
Qəbul zamanı əsasən aşağıdakı sualların cavablandırılması təmin edilir:
- I sinfə hansı yaş uşaqlar qəbul edilir?
- I sinfə şagird qəbulu hansı formada aparılır?
- Üstünlük hüququna əsasən şagird qəbulu aparılan məktəblər nəyə əsasən təyin edilir?
- Dislokasiya nədir, nə üçün tətbiq edilir və hansı məktəblərə tətbiq edilir?
- Məktəblərin əraziləri hansı orqan tərəfindən müəyyən edilir?
- Məktəbəhazırlıq qruplarına hansı uşaqlar qəbul edilir?
- Məktəbəhazırlıq qruplarına qəbul hansı formda həyata keçirilir?
- Uşaq həm məktəbəhazırlıq qruplarında, həm də dövlət məktəbəqədər müəssisədə təlim tərbiyəyə cəlb edilə bilərmi?
- I sinfə qəbul sistemində və şagird yerdəyişməsi sistemində şagird yerləri necə təyin edilir?
- Hansı halda şagird buraxılış imthanalarında iştirak edə bilmir?
- Eksternat qaydada imtahanlarda kimlər iştirak edə bilər?
- Eksternat qaydada imtahanlarda iştirak etmək istəyən vətəndaş nə vaxt və hara müraciət etməlidir?
- X sinfə şagird qəbulu hansı formada aparılır?
- Rəqəmsal platformada qeydiyyatdan keçən zaman yaranmış problemlə bağlı hara müraciət edilməlidir?
Müraciət edən vətəndaşların həftə ərzində qeydiyyatı aparılır.