“Konstitusiya və Suverenlik İli” çərçivəsində dəyirmi masa

Məktəbin konfrans zalında məktəb rəhbərliyi və metodbirləşmə sədrlərinin iştirakı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində dəyirmi masa formatında iclas keçirilib. İclasda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli”nin elan olunması ilə bağlı məlumat verilib, məktəb üzrə il ərzində keçiriləcək tədbirlər müzakirə olunub. Müxtəlif fənlər üzrə metodbirləşmə sədrləri məruzələrlə çıxış ediblər.
Qeyd edək ki, xalqımız böyük qürur və fəxarət hissi ilə bu il müəllifi ümummilli liderimiz Heydər Əliyev olan Milli Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi qələbəmizin 5-ci ildönümünü təntənə ilə qeyd edəcək. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında sərəncam imzalayıb.