Beynəlxalq Ana Dili Günü məktəbdə qeyd olunub

Beynəlxalq Ana Dili Günü münasibətilə məktəbin təsviri incəsənət fənn müəllimi Abdullayeva Həqiqət müəllimənin rəhbəri olduğu 5B sinfi tərəfindən təşkilat saatı keçirilib. Tədbirdə məktəbin rəhbərliyi və müəllimlər də iştirak ediblər. Sinif rəhbəri giriş sözü ilə çıxış etdikdən sonra şagirdlər Ana dilimiz ilə bağlı müxtəlif məlumatlar təqdim ediblər, doğma dilimizə həsr olunmuş şeirlər səsləndiriblər. Həmçinin şagirdlərin iştirakı ilə səhnəcik nümayiş olunub, Ana dilimizlə bağlı mahnı səsləndirilib. Tədbirdə şagirdlər ölkəmizdə yaşayan müxtəlif millətlərin nümayəndələrinin dili,mədəniyyəti ilə bağlı təqdimat nümayiş etdiriblər, onların ölkəmizdə mehriban, dinc şəraitdə yaşadıqları xüsusilə vurğulanıb. Daha sonra çıxış edən məktəbin direktoru Kamran İsalı, 5B sinfinin Azərbaycan dili və ədəbiyyatı fənn müəllimi Zemfira Məmmədova, şagirdlərin ibtidai sinif müəllimi olmuş Alməmmədova Mətanət tədbirə görə təşəkkürlərini bildirərək, Ana dilimizin qorunmasının önəmini vurğulayıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi