"Qədim türk diyarı-Naxçıvan" adlı intellektual oyun və müsabiqə keçirilib
Məlum olduğu kimi cari ilin dekabr ayı ərzində "Məktəblərdə Naxçıvan ayı” layihəsinin keçirilməsi nəzərdə tutulub.
Məktəbimizdə keçirilən silsilə tədbirlərə uyğun olaraq məktəbin tarix fənn kabinetində tarix fənn müəllimi Aynur Rəhimova tərəfindən "Qədim türk diyarı-Naxçıvan" adlı intellektual oyun və müsabiqə keçirilib. Məktəb rəhbərliyi və tarix fənn müəllimlərinin də iştirak etdiyi tədbirdə Dövlət Himnimizin səsləndirilməsindən sonra Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Naxçıvana həsr olunmuş videoçarx nümayiş etdirilib. Ardınca şagirdlər öz təqdimatları ilə çıxış ediblər. Tədbirin növbəti hissəsində isə Naxçıvanın tarixi, coğrafiyası, mədəniyyəti, iqtisadiyyatı, gündəlik məşğuliyyəti və s. sahələrinə aid suallardan ibarət oyun təşkil olunub. Maraqlı keçən müsabiqələrin sonunda iştirakçı şagirdlər təltif olunublar.