"Təhlükəsizlik günü" ilə əlaqədar valideynlərlə müzakirələr təşkil olunur

Təhsil müəssisələrində normal iş ahənginin qurulması və təlim-tərbiyə prosesinin mövcud qanunvericiliyin tələblərinə uyğun aparılması üçün mühüm şərtlərdən biri də müəssisədə təhlükəsiz mühitin yaradılmasıdır. Məktəbimizdə də təhlükəsizliyinin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşması məqsədilə məktəb rəhbərliyinin nəzarəti və iştirakı ilə "Təhlükəsizlik günü" adı altında tədbirlər davam etdirilir. Məktəbdə keçirilən valideyn iclaslarında valideynlərin də maarifləndirilməsi və məsuliyyətin müəyyən edilməsi məsələsi xüsusi qeyd olunur. Məktəbin 6C sinif rəhbəri Xuraman Əzizovanın rəhbəri olduğu sinfinin iclasında da digər məsələlər ilə yanaşı təhlükəsizlik məsələsi də valideynlərlə müzakirə edilib. Digər siniflər üzrə də proses davam etdirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi