Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə inşa müsabiqəsi
Məlum olduğu kimi cari ilin dekabr ayı ərzində "Məktəblərdə Naxçıvan ayı” layihəsinin keçirilməsi nəzərdə tutulub.
Bununla əlaqədar hazırlanmış Tədbirlər planına uyğun olaraq ümumi təhsil müəssisələrində dəyirmi masalar, debatlar, məqalə və kitablarla tanışlıq işinin təşkili, ədəbi-bədii kompozisiyalar, sinif təşkilat saatları, seminarlar və ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “Qədim türk diyarı-Naxçıvan” adlı intellektual oyun və müsabiqənin təşkili, bədii və sənədli filmlərin nümayişi planlaşdırılıb.
Məktəbimizdə keçirilən silsilə tədbirlərə uyğun olaraq Azərbaycan dili və ədəbiyyatı fənn müəllimləri Mirzəmmədova Ofelya və Cəfərova İradə tərəfindən 5E, 6Ç, 8E, 9E və 10Ç siniflərində şagirdlər arasında Naxçıvanla əlaqədar inşa müsabiqəsi təşkil olunub