"Məktəblərdə Naxçıvan ayı” layihəsi ilə əlaqədar tədbir
“Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında“ Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli 4248 nömrəli Sərəncamının icrasından irəli gələrək Naxçıvanın geosiyasi mövqeyi, XX əsrin əvvəllərində baş verən siyasi hadisələr, Naxçıvan Muxtar Respublikasının yaradılması, Naxçıvanın qədim tarixi, etimologiyası, mədəni irsi və tarixi abidələri haqqında uşaq və gənclərin maarifləndirilməsi məqsədilə cari ilin dekabr ayı ərzində "Məktəblərdə Naxçıvan ayı” layihəsinin keçirilməsi nəzərdə tutulub.
Bununla əlaqədar hazırlanmış Tədbirlər planına uyğun olaraq ümumi təhsil müəssisələrində dəyirmi masalar, debatlar, məqalə və kitablarla tanışlıq işinin təşkili, ədəbi-bədii kompozisiyalar, sinif təşkilat saatları, seminarlar və ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “Qədim türk diyarı-Naxçıvan” adlı intellektual oyun və müsabiqənin təşkili, bədii və sənədli filmlərin nümayişi planlaşdırılıb.
Məktəbimizin rəqəmsal bacarıqlar fənn müəllimi Muradlı Nərminin rəhbəri olduğu 5C sinfi də bununla bağlı tədbir təşkil edib. Müəllimə Naxçıvanın tarixi, müxtəlif sahələr üzrə inkişaf yolu barədə məlumat verib. Həmçinin videoçarx nümayiş etdirilib. Şagirdlər təqdimatlarla çıxış ediblər və Naxçıvana həsr olunmuş şeirlər səsləndiriblər