"Təhlükəsizlik günü" adı altında məktəbdə çalışan pedaqoji və texniki heyətlə görüş
Təhsil müəssisələrində normal iş ahənginin qurulması və təlim-tərbiyə prosesinin mövcud qanunvericiliyin tələblərinə uyğun aparılması üçün mühüm şərtlərdən biri də müəssisədə təhlükəsiz mühitin yaradılmasıdır. Məktəbimizdə də təhlükəsizliyinin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşması məqsədilə məktəb rəhbərliyinin nəzarəti və iştirakı ilə "Təhlükəsizlik günü" adı altında tədbirlər təşkil olunur. Bununla əlaqədar məktəbdə çalışan müəllimlərin və texniki işçilərin maarifləndirilməsi və məsuliyyətin artırılması məqsədilə görüş keçirilib