"Məktəblərdə Naxçıvan ayı” layihəsi çərçivəsində kitabxanada tədbir

“Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında“ Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli 4248 nömrəli Sərəncamının icrasından irəli gələrək Naxçıvanın geosiyasi mövqeyi, XX əsrin əvvəllərində baş verən siyasi hadisələr, Naxçıvan Muxtar Respublikasının yaradılması, Naxçıvanın qədim tarixi, etimologiyası, mədəni irsi və tarixi abidələri haqqında uşaq və gənclərin maarifləndirilməsi məqsədilə cari ilin dekabr ayı ərzində "Məktəblərdə Naxçıvan ayı” layihəsinin keçirilməsi nəzərdə tutulub.

Bununla əlaqədar hazırlanmış Tədbirlər planına uyğun olaraq ümumi təhsil müəssisələrində dəyirmi masalar, debatlar, məqalə və kitablarla tanışlıq işinin təşkili, ədəbi-bədii kompozisiyalar, sinif təşkilat saatları, seminarlar və ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “Qədim türk diyarı-Naxçıvan” adlı intellektual oyun və müsabiqənin təşkili, bədii və sənədli filmlərin nümayişi planlaşdırılıb.

Məktəbimizin kitabxanasında da bununla bağlı tədbir təşkil olunub. Şagirdlər Naxçıvana həsr olunmuş kitablarla tanış ediliblər. Kitabxanaçılar Natəvan İsgəndərova və Gülər Vəliyeva məktəblilərə geniş məlumatlar təqdim ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi