Müstəqilliyin Bərpası Günü məktəbdə qeyd olunub

18 Oktyabr Müstəqilliyin Bərpası Günü münasibətilə məktəbdə silsilə tədbirlər təşkil olunub. Məktəbin ibtidai sinif müəllimi Kərimova Məlahət müəllimənin rəhbəri olduğu 3B sinfi tərəfindən təşkilat saatı keçirilib. Şagirdlər şeirlər səsləndiriblər, həmçinin rəsm əsərləri çəkib nümayiş etdiriblər.

 

Məktəbin təsviri incəsənət fənn müəllimi Əzizova Xuraman müəllimənin rəhbəri olduğu rəsm dərnəyinin üzvləri rəsm əsərləri çəkib nümayiş etdiriblər.

 

17.10.2024-cü il tarixində məktəbin Azərbaycan dili ədəbiyyatı fənn müəllimi Pəri Allahverdiyevanın təşkilatçılığı ilə "Müstəqil və suveren Azərbaycan mənim vətənimdir" adlı ədəbi-bədii tədbir keçirilib.Tədbir dövlət himnimizin səslənməsi və şəhidlərimizin anılması ilə başlanıb. Tədbirdə müstəqilliyə, suverenliyə aparan ağır və müqəddəs yolumuz haqqında məlumatlar təqdim olunub. Daha sonra şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiyalar tədbir iştirakçılarına təqdim edilib.Görkəmli şairlərimiz Süleyman Rüstəm, Məmməd Araz, Xəlil Rza, Bəxtiyar Vahabzadənin şeirləri ilə yanaşı tədbirdə məktəbimizin şairə müəllimələri İltimas İsmayılın və Məlahət Kərimovanın Vətənə, Qarabağa, müstəqilliyə və Şəhidlərimizə həsr olunan şeir nümunələri alqışlarla qarşılanıb.

Sonda fəallığı ilə seçilən siniflər və şagirdlər təltif olunublar.

Gözəl diksiyası, ifadəli şeir oxusu və təsirli çıxışı ilə diqqət çəkən şagirdlər məktəbin ədəbiyyat müəllimləri tərəfindən bədii kitab hədiyyəsi ilə mükafatlandırılıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi