Şəhid Kamil Əyyubov doğum gününün 60-cı iliyi münasibətilə yad edilib

Məktəbimizin adını daşıdığı şəhid Kamil Baba oğlu Əyyubov doğum gününün 60-cı ilində məktəbdə yad edilib. Məktəbin Azərbaycan dili və ədəbiyyatı fənn müəllimi Ofelya Mirzəmmədovanın təşkil etdiyi anım tədbirində məktəb rəhbərliyi də iştirak edib. Şəhidin məktəbin girişindəki büstü önündə keçirilən tədbirdə Kamil Əyyubovun həyat və döyüş yolundan bəhs olunub. Daha sonra Ofelya müəllimənin rəhbəri olduğu 5E sinif şagirdləri Şəhidlərimizə həsr olunan şeirlər səsləndiriblər. Yekunda büstün önünə tər qərənfillər düzülüb.

Kamil Baba oğlu Əyyubov 1964-cü il oktyabrın 13-də Bakı şəhərində anadan olub. 1991-ci ildə Azərbaycanda Milli Ordu yaranan kimi ora ilk üzv yazılan gənclərdən biri Kamil olur. O, həmin ilin dekabrın 20-də Əskəran rayonunun Meşəli kəndinə göndərilir. Dekabrın 23-də səhər saatlarında ermənilərlə ordunun 10 əsgəri və kənd sakinləri arasında ölüm-dirim mübarizəsində iştirak edir. Kamil döyüş meydanında bir neçə ermənini öldürür və bu zaman düşmən tərəfindən pulemyot atəşinə tutularaq ağır yaralanır. Yaralı Kamili həkimə çatdırsalar da xeyli qan itirdiyi üçün həyatını xilas etmək mümkün olmur və o, şəhidlik zirvəsinə ucalır.

1991-ci il dekabrın 26-da Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.

1992-ci ildə Kamil Baba oğlu Əyyubovun adı 12 nömrəli tam orta məktəbə verilib və 1993-cü ildə məktəbdə şəhidin büstü qoyulub.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi