Ekologiya aylığı çərçivəsində tədbir

Yaşıl dünya naminə həmrəylik ili və ekologiya aylığı çərçivəsində məktəbdə silsilə tədbirlərin keçirilməsi davam etdirilir. 11.10.2024-cü il tarixində məktəbin ibtidai siniflər üzrə metodbirləşmə sədri Hüseynova Mehriban müəllimənin rəhbəri olduğu 3A sinfi tərəfindən tədbir və ağacəkmə aksiyası təşkil olunub. Şagirdlər müxtəlif kompozisiyalar, səhnəciklər nümayiş etdiriblər. Həmçinin əl işləri və divar qəzetləri hazırlayıblar. Şagirdlər məktəb ərazisində iməcilik də həyata keçirərək ərazinin təmiz və səliqəli görünməsində fəal iştirak ediblər.Daha sonra məktəbin həyətyanı ərazisində çox sayda ağac əkiblər. Prosesdə məktəbin rəhbər heyəti və valideynlər də iştirak ediblər.

#YaşılDünyaNaminəHəmrəylikİli #EkologiyaAylığı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi