I Respublika Məntiq Olimpiadasının qalibləri
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən son dövrlərdə aparılan islahatlar, Milli Kurikulum proqramının tətbiqi və proqrama uyğun nəşr olunmuş məktəb dərsliklərinə, TQDK (DİM) və xarici ölkələrdə ali təhsil ocaqlarına aparılan qəbul sistemi tərəfindən qoyulmuş tapşırıqların həllinə nəzər salarkən bir başa məntiqi təfəkkürün və məntiqi yanaşma tələb olunur. Eyni zamanda beynəlxalq olimpiadalar, respublika fənn olimpiadalarında da iştirakçıların uğur qazanması onların məntiqi təfəkküründən də asılıdır. Bu kimi hallar bir daha təsdiqləyir ki, məntiqi təfəkkür, məntiqi çalışma və tapşırıqları həll etmə vərdişləri şagirdlərdə kiçik yaşlardan inkişaf etdirilməlidir. Odur ki, davamlı yarışlar, müsabiqələr və olimpiadaların keçirilməsi bu vərdişlərin formalaşmasına xidmət edir. Nəzərdə tutulmuş “Bakı şəhəri məktəblilərarası I Respublika Məntiq Olimpiadası” bu istiqamətdə atılacaq uğurlu addımlardan biridir. Bunu nəzərə alaraq 2015 / 2016-cı tədris ilin V-VI siniflər arasında məkdəbdaxili keçirilən Məntiq Olimpiadasınin ilk turun qalibləri Cavad İbrahimli Əbülfəz oğlu, Nihad Əzizov Mehman oğlu, Sakit Ağayev Niyaməddin oğlu, Emin Qavami Faiq oğlu, Emil Məhərrəmli Qəhrəman oğlu, Fatimə Talışxanova Savalan qızı, Nərmin Abbaszadə Məftun qızı növbəti turda iştirak etmək üçün vəsiqə qazanıblar.