İşçilər və şagirdlərlə maarifləndirici görüş

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil, orta ixtisas və peşə ixtisas təhsili müəssisələrində Xəzər dənizi və su hövzələrində boğulma təhlükəsinə qarşı maarifləndirmə tədbirləri barədə” 3-29/3-2-460F/2023 nömrəli, 18.07.2023-cü il tarixli əmrinin icrası ilə əlaqədar, Elm və Təhsil Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin birgə hazırladıqları təhsilalanların və təhsilverənlərin maarifləndirilməsinə dair “YADDAŞ - TƏLİMAT KİTABÇASI” ilə məktəbdə şagirdlərin maarifləndirilməsi həyata keçirilib. Onlara çimərlik ərazilərində davranış qaydaları və qadağalar haqqında məlumatlar təqdim edilib. 6A, 7B, 7C və 7D sinif şagirdlərinin məlumatlandırılması prosesindən şəkilləri təqdim edirik. (Müəllimlər: Həyat bilgisi-Anar Miriyev, Tarix - Şövqiyyə Əliyeva, Rus dili - Sevda Seyidova)

#virtualməktəb #fəalməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi