"Heydər babanın nəvələriyik" adlı tədbir keçirilib

Məktəbin akt zalında "Heydər babanın nəvələriyik" adlı tədbir keçirilib. Tədbir Ümummilli liderin anadan olmasının 101 illiyi münasibətilə məktəbin ibtidai sinif müəllimi Ağayeva Mehriban müəllimənin təşkilatçılığı ilə baş tutub. Tədbirdə məktəbin direktoru Kamran İsalı, direktor müavinləri, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər. Giriş sözü ilə tədbiri açıq elan edən Mehriban müəllimə Heydər Əliyevin xidmətləri haqqında zalda əyləşən tamaşaçılara məlumat verib. Ardınca Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib. Daha sonra Mehriban müəllimənin rəhbəri olduğu 4A sinif şagirdləri bir-birindən maraqlı və zövqlü kompozisiyalar, şeirlər, mahnılar ifa ediblər. Yekunda çıxış edən məktəbin direktoru Kamran İsalı tədbirin təşkilinə görə Mehriban müəlliməyə təşəkkür edib və bildirib ki, Heydər Əliyev həmişə uşaqlara xüsusi qayğı ilə yanaşıb. O, əlavə edib ki, Ulu Öndərin Azərbaycan üçün gördüyü işlər heç vaxt xalqımızın yaddaşından silinməyəcək və Azərbaycan var olduqca Heydər Əliyev də var olacaq.