"Füzuli dünyası" adlı intellektual oyun keçirilib
Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi münasibətilə “Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsi çərçivəsində tədbirlər davam etdirilir.
Məktəbdə 24.04.2024-cü il tarixində "Füzuli dünyası" adlı intellektual oyun təşkil olunub. Məktəbin 8-ci sinifləri arasında keçirilən intellektual oyunda əsasən dahi şairin həyat və yaradıcılığı ilə bağlı suallar səsləndirilib. Komandaların tərkibində olan bəzi şagirdlər risk qrupuna aid olan şagirdlər olub. Maraqlı mübarizə şəraitində keçən oyunun qalibi 8Ç sinfi olub.