Məktəb kitabxanasında Məhəmməd Füzuliyə həsr olunmuş tədbir

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar cari ilin aprel ayı ərzində “Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsinə start verilib.

Məktəbimizdə də ay ərzində bir sıra tədbirlər keçirilib. Məktəbin kitabxanasında da bu münasibətlə tədbir keçirilib. Tədbirdə Məhəmməd Füzuli irsinin təbliği və əsərlərinin müzakirəsi təşkil olunub, şairə həsr olunmuş məqalə və kitablarla tanışlıq həyata keçirilib. Məktəbin Azərbaycan dili və ədəbiyyatı fənn müəllimi İradə Cəfərovanın rəhbərliyi altında 8E sinif şagirdləri dahi şairin həyat və yaradıcılığı haqqında məlumatlar təqdim ediblər və həmçinin qəzəllərini səsləndiriblər. Daha sonra tədbir sual-cavab formatında davam edib.

#VirtualMəktəb

#FəalMəktəb

#MəhəmmədFüzuliAylığı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi