Məhəmməd Füzuli aylığı çərçivəsində kompozisiyalar təşkil olunub
Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar cari ilin aprel ayı ərzində “Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsinə start verilib.
Layihənin məqsədi məktəblilər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, dahi şairin zəngin ədəbi-bədii irsi ilə bağlı gənc nəsli maarifləndirmək, onların yaradıcılıq, intellektual qabiliyyətlərinin inkişafı üçün şərait yaratmaq, eləcə də gənc istedadları üzə çıxarmaqdır.
Məktəbimizdə də ay ərzində bir sıra tədbirlər keçirilib. Məktəbin Azərbaycan dili və ədəbiyyatı fənn müəllimləri Nailə Zeynalova tərəfindən 8C sinfində,i Gülarə Namazova tərəfindən 8B sinfində və Rəhilə Gülməmmədova tərəfindən 10Ç sinfində şagirdlərin iştirakı ilə Məhəmməd Füzuliyə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib. Həmçinin dahi şairin həyat və yaradıcılığı haqqında məlumatlar təqdim edilib.
#VirtualMəktəb
#FəalMəktəb
#MəhəmmədFüzuliAylığı