Şagirdlərin asudə vaxtları səmərəli təşkil olunur

Şagirdlərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində mütəmadi fəaliyyətlər icra edilir. Onların tarixi məkanlara, muzeylərə, teatrlara ekskursiyaları təşkil olunur.

 

Məktəbin ingilis dili fənn müəllimi Babayeva Nigar rəhbəri olduğu 7Ç sinfinin şagirdləri ilə birlikdə Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya ediblər.

 

Məktəbin ingilis dili fənn müəllimi Abbasova Şəhanə rəhbəri olduğu 6C sinfinin şagirdləri ilə birlikdə Bakı Zooloji Parkına ekskursiya ediblər. Daha sonra Nizami Gəncəvi adına parkda gəzintiyə çıxıblar. Qeyd edək ki,  “Bakı Zooloji Parkında dərs-ekskursiyaların təşkilinə dair Təlimat” və “Zooparkda keçirilməsi tövsiyə edilən mövzuların siyahısı”na uyğun olaraq II yarımildə də təyin olunmuş siniflər üzrə Bakı Zooloji Parkında dərs-ekskursiyaları keçirilib.

 

Məktəbin Azərbaycan dili və ədəbiyyatı fənn müəllimi Gülməmmədova Rəhilə rəhbəri olduğu 6Ç sinfinin şagirdləri ilə birlikdə Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiya ediblər.

 

Məktəbin ingilis dili fənn müəllimi Abbasova Şəhanə rəhbəri olduğu 6C sinfinin şagirdləri ilə birlikdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında " Leyli və Məcnun" tamaşasını izləyiblər.

 

Müxtəlif siniflər üzrə ekskursiyaların təşkili ilboyu davam etdirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi