Şagirlərin düzgün nitq qabiliyyətlərinin inkişafı məqsədilə təlim keçirilib
"Ailəm və məktəbim" layihəsi çərçivəsində "Motorika" Nitq və Psixologiya mərkəzinin direktoru və təsisçisi, defektoloq/loqoped Günay İbrahimli ilə 1B sinif şagirdlərinin görüşü keçirilib. Xüsusi təşkil edilmiş təlim vasitəsilə şagirdlərin nitqinin yoxlanılması, mövcud ola biləcək nitq qüsurlarının qarşısının alınması və aradan qaldırılması yolları izah olunub və əyani şəkildə icra edilib. Layihə çərçivəsində silsilə tədbirlərin keçirilməsi davam etdiriləcək.