"Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində müsabiqələr təşkil olunub
"Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində məktəbdə silsilə tədbirlər keçirilir. Belə tədbirlərə uyğun olaraq milli-mənəvi dəyərlərimizə həsr olunan məktəbdaxili şeir və mahnı müsabiqəsi keçirilib. 100-ə yaxın şagirdin iştirak etdiyi müsabiqədə çıxışları məktəbin rəhbər heyətindən və pedaqoji heyətdən ümumilikdə 30 nəfər olmaqla 6 münsif tərəfindən 5 ballıq sistemlə qiymətləndirilib. Yekunda mahnı müsabiqəsi üzrə ən yüksək - maksimum bal toplamış 3 iştirakçı ( 2 fərdi, 1 qrup) və şeir müsabiqəsi üzrə də ən yüksək - maksimum bal toplayan 4 iştirakçı qalib elan edilərək məktəb rəhbərliyi tərəfindən diplomlarla təltif olunublar.