Şagirdlər tibbi yardım və xəstəliklərlə bağlı maarifləndirilirlər
Məktəbin tibb bacıları tərəfindən ibtidai sinif müəllimi Günel Məmmədovanın rəhbəri olduğu 1B sinfində maarifləndirici tədbir keçirilib.
Qızılca, suçiçəyi zamanı nələrə diqqət edilməsi , necə qidalanmaq , eləcə də, digər xəstəliklər zamanı ilkin tibbi yardım, laborator yoxlamaların aparılması, cərrahların əməliyyat prosesinə hazırlığı və s. mövzularda şagirdlər məlumatlandırılıb. Qeyd edilənlərin əyani surətdə şagirdlərin iştirakı ilə canlandırılması uşaqlarda böyük maraq yaradıb.