Xocalı soyqırımının ildönümü münasibətilə tədbirlər keçirilib

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar məktəbdə silsilə tədbirlər keçirilib.

 

23 Fevral tarixində məktəbdə ibtidai sinif müəllimi Qarayeva Esmiraldanın təşkilatçılığı ilə rəhbəri olduğu 2Ç sinif şagirdləri tərəfindən tədbir keçirilib. Tədbirdə məktəbin rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər. Dövlət Himnimizin səslənməsi ilə başlayan tədbirdə Xocalı qurbanlarının və Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dəhşətli faciə haqqında geniş məlumatlar təqdim edildikdən sonra videoçarxlar nümayiş etdirilib. Şagirdlər müxtəlif kompozisiyalar təqdim ediblər, həmçinin şeirlər ifa edib, mahnılar səsləndiriblər. Eyni zamanda tədbirdə şagirdlərin əl işləri də nümayiş etdirilib. Yekunda çıxış edən məktəbin direktoru Kamran İsalı və təşkilatçı müavin Anar Miriyev tədbirə görə Esmiralda müəlliməyə, şagirdlərinə və valideynlərə təşəkkür edərək bildiriblər ki, Xocalı faciəsi tarixin ən dəhşətli hadisələrindən biridir, erməni vəhşiliyinin daha bir nümunəsidir. Həmçinin qeyd etdilər ki, artıq soyqırım qurbanlarının qisası alınıb, bu gün Xocalıda Azərbaycan bayrağı dalğalanır. Çıxış edənlər Xocalı soyqırımının heç vaxt unudulmayacağını da vurğulayıblar. 

 

 26 Fevral tarixində məktəbin Azərbaycan dili və ədəbiyyatı fənn müəllimi Rəhilə Gülməmmədovanın(həmçinin sinfin valideyni Aynur xanımın) təşkilatçılığı ilə rəhbəri olduğu 6Ç sinif şagirdləri tərəfindən tədbir keçirilib.Tədbirdə məktəb rəhbərliyindən Anar Miriyev, Ətlas Rəhimova, müəllimlərdən Nailə Zeynalova, Ofelya Mirzəmmədova iştirak ediblər. Şagirdlərə faciə haqqında geniş məlumatlar təqdim edilib. Şagirdlər isə müxtəlif kompozisiyalar, səhnəciklər təqdim ediblər, şeirlər ifa edib, mahnılar səsləndiriblər.

 

26 Fevral tarixində məktəbdə ibtidai sinif müəllimi Hüseynova Mehribanın təşkilatçılığı ilə rəhbəri olduğu 2A sinif şagirdləri tərəfindən tədbir keçirilib.Tədbirdə faciə haqqında geniş məlumatlar təqdim edilib, videoçarx nümayiş etdirilib. Şagirdlər şeirlər ifa edib, mahnılar səsləndiriblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi