Məktəbdə "Kitab klubu" yaradılıb

Məktəbdə mütaliəyə marağı olan şagirdlərdən ibarət "Kitab klubu"nun təqdimatı keçirilib. Məktəbin ibtidai sinif müəllimi Günel Məmmədovanın təşəbbüsü ilə yaradılan və məktəb rəhbərliyi ilə birgə təşkil olunmuş klubun təqdimatı məktəbin konfrans zalında baş tutub. Məktəb rəhbərliyi, müəllim və şagirdlərin iştirak etdiyi tədbirdə həmçinin, gənc yazar Amin Oruc da dəvət olunub. Şagirdlərlə səmimi söhbət və müzakirə mühitində keçən təqdimatı direktor müavini Anar Miriyev açaraq klubun yaradılmasından və mütaliənin önəmindən danışıb, klubun bütün iştirakçılarına uğurlar arzulayıb. Daha sonra çıxış edən Günel Məmmədova klubun fəaliyyət planlarından bəhs edib. Yazar Amin Oruc isə çıxışında şagirdlərə yaradıcılığından danışıb və şagirdlərə öz kitabını hədiyyə edib. Sonda xatirə şəkli çəkdirilib. Qeyd edək ki, "Kitab klubunda" mütəmadi olaraq görüşlərin keçirilməsi, kitab müzakirələrinin təşkil edilməsi nəzərdə tutulub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi