"Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır" mövzusunda tədbir keçirilib
Şagirdlərin reproduktiv sağlamlığı ilə bağlı maarifləndirmə tədbirlərinə uyğun olaraq 15.12.2023-cü il tarixində məktəbin biologiya fənn müəllimi Əliyeva Mətanət tərəfindən 8D sinfində "Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə məktəbin rəhbər heyəti və məktəbin həkimi iştirak ediblər. Şagirdlər mövzu ilə bağlı topladıqları məlumatları təqdim ediblər. Sonda tədbirlə bağlı fikirlərini bildirən məktəb rəhbərliyi təyin olunmuş qrafik üzrə məktəbdə maarifləndirmə tədbirlərinin tədris ili boyu davam etdiriləcəyini vurğulayıb.